Xəzər İbrahim: “NATO Xocalı aeroportu ilə bağlı məsələdə ATƏT-in Minsk Qrupunun mövqeyini dəstəkləyir”
NATO-da ermənilərin işğalı altında olan
Azərbaycanın Xocalı aeroportu barədə məsələ müzakirə olunub.
APA-nın məlumatına görə, bu barədə Brüsseldə səfərdə olan
Azərbaycan jurnalistlərinə Azərbaycanın NATO yanındakı daimi
nümayəndəliyinin rəhbəri Xəzər İbrahim bildirib.
Diplomatın sözlərinə görə, NATO-nun bununla
bağlı mövqeyi mövcuddur: "NATO Çikaqo Sammitinin yekun qətnaməsinə
əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Xocalı
aeroportu ilə bağlı məsələdə isə ATƏT-in Minsk Qrupunun mövqeyini
dəstəkləyir".