Əlaqə Arxiv
news Image
2016.02.01
10:17
| A A A
Suriya sülh danışıqları bərpa olunub

Cenevrədə Suriya ilə bağlı danışıqlar prosesi bərpa olunub. Danışıqlarda Suriyanın əsas müxalifət qrupunun iştrik edib etmədiyi bəlli deyil. Movqe.az Publika.az-a istinadən xəbər verir ki, Ali Danışıq Komitəsinin tələblərinə hökumətin mühasirələrinin aradan qaldırılması və Rusiyanın üsyançılar olan əraziləri bombalamasının qarşısının alınması daxildir.Qrupun sözçüsü Salim Əl-Müslat deyib ki, Dəməşq hökuməti həbsxanalardakı qadınları və uşaqları buraxmalı, mühasirədə olan ərazilərə yardım çatdırılmasına icazə verməlidir. Ancaq o, danışıqlar üçün ilkin şərt irəli sürmədiklərini də sözlərinə əlavə edib.BMT-ni danışıqlarda Staffan De Mistura təmsil edir. O, artıq Suriya hökumətinin nümayəndə heyəti ilə də danışıqlar aparıb.BMT Təhlükəsizlik Şurasının ötən ay qəbul etdiyi qətnamə bütün tərəflərdən tələb edir ki, mühasirədə olan ərazilərə humanitar yardım çatdırılmasına imkan versinlər, qanunsuz saxlanan şəxsləri buraxsınlar, dinc əhalinin yaşadığı yerlərə hücumları dayandırsınlar.


Sizin Reklam Yeriniz