Milli Məclisin yaz sessiyasında deputat Elmira Axundova ölkənin bir neçə bankının lisenziyalarının alınması, fəaliyyətlərinın dayandırılması məsələsinə toxunub. Movqe.az xəbər verir ki, millət vəkili bildirib ki, bu qərarın ləğvi barədə Mərkəzi Bank rəhbərləyi açıqlama verməlidir: "Elman Rüstəmovun bank sektoruna inamını qaytarmaq barədə dediyi fikri xatırlamaq istəyərdim. Bu addımlardan sonra insanlar banklardakı əmanətlərini geri götürəcəklər. "Dövlət qulluğu haqqında" Qanuna dəyişiklik etməklə orada mühasib vəzisəsi çıxarılmalıdır və onların işə qəbulu asanlaşdırılmalıdır. Bir çox dövlət qurumların filiallarında maliyyə şöbələrində 1-2 müsahib yeri boş qalır. Bu vəzifəyə qəbulu asanlaşdırmaqla işsiz qalan bank işçiləri işlə təmin edilməlidir. Həmin insanlar bir neçə testlərdən keçərək işə qəbul olunublar. Onlar savadlı kadrlardır. Bu cür kadrlara dövlət sahib çıxmalıdır, kənara atmamalıdır".