"Təhsil sistemi uşaq bağçalarından başlayır, ali təhsilə qədər bütün təhsil müəssisəlrəini beynəlxalq standartlar səviyyəsində çatdırmağa qədər davam edir". Movqe.az xəbər verir ki, bunu bu gün Milli Məclisin yaz sessiyasının iclasında millət vəkili Əli Məsilmli səsləndirib. Ə. Məsimlinin nin sözlərinə görə, təhsil haqqında qanunverciiliyi sənədlərinə əlavə və dəyişikliklər hazırlanıb: "Bir qədər işlədikdən sonra Milli Məclsidə təklif edəcəyik. Təhsildə yüksək nəticə göstərməyə qadir olan gənclər müəllim yanına getmədən yüksək bal torplayaraq ali məktəbə daxil ola bilirlər. Ancaq təhsil haqqını verə bilmdəyi üçün universitetdən kənarlaşırlar. Bu faciə ailələrin pespektivlərinin üstündən xətt çəkir. Neçə illərdir ki, biz təhsil kredirləri haqqında qanun layihəsi hazırlamışıq. Amma 26-28 faizlə istehlak kreditləri səviyyəsində soyğunçuluq fazilə kredit verənlər həmin qanun keçməsinə mane olur. Ona görə də, biz müəllif hüquqlarından da imtina edə bilərik. Amma xahiş edirik ki, Təhsil Nazirliyi bununla maraqlansın. Çünki təhsil strategiyasında təhsil kreditləri ilə bağlı məsələ yer alıb. Təəssüf ki, strategiyada qoyulan məsələlərin reallaşdırılması gecikdirilir".