Əlaqə Arxiv
news Image
2016.02.01
14:15
| A A A
Böyük Britaniya Avropa Birliyindən çıxır?

Böyük Britaniyanın Avropa Birliyindən ayrılması ümumilikdə qitə üçün mənfi nəticələrə gətirib çıxaracaq.Movqe.az axar.az-a istinadən bildirir ki, bunu Fransa mətbuatına müsahibəsində Avropa Parlamentinin sədri Martin Şults söyləyib. Onun sözlərinə görə, Britaniyanın ittifaqdan uzaqlaşması Avropanın dünya siyasətindəki rolunu azaldacaq:"Bu, arzuolunmaz addımdır. Avropa Birliyi olmadan Böyük Britaniyanın əlində olan bazarlar əhəmiyyətli dərəcədə azalacaq. Bundan başqa Avropa Birliyi BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və veto qoymaq hüququna sahib olan ölkəni itirəcək. Bu, Avropa Birliyinin beynəlxalq aləmdəki rolunu zəiflədəcək".

Sizin Reklam Yeriniz