Əlaqə Arxiv
news Image
2016.02.01
16:21
| A A A
Əflatun Amaşov: ““Mətbuat üçün əlavə dəyər vergisi ləğv edilməlidir”

"Azərbaycan Respublikasında hüquq və azadlıqların müdafiəsinin səmərəliliyinin artılması sahəsində birgə fəaliyyət proqramı qəbul olunub. Həmin proqramda diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi məsələsi yer alır. Düşünürəm ki, biz də Milli Məclisdə buna önəm verməliyik". Movqe.az  xəbər verir ki, bu sözləri deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, proqramda nəzərdə tutulur ki, jurnalist yazdığı yazıya görə azadlıqdan məhrum edilməməlidir: "Mediada xeyli təhqir və böhtan yazılar dərc olunur. Əlbəttə, narahatlıq başadüşüləndir. Ancaq bu o demək deyil ki, "Diffamasiya haqqında" qanun qəbul olunarkən onlar məsuliyətdən azad edilməlidir. Bütün bunları nəzərə alaraq, Mətbuat Şurası "Diffamasiya haqqında" qanunla bağlı təkliflər hazırlayıb. Təkliflər Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim olunub".Deputat Milli Məclisdə çıxışı zamanı mətbuatın problemlərini qaldırıb.  Ə.Amaşov bildirib ki, devalvasiya KİV sahəsində ciddi problemlər yaradıb: "Ölkəyə gətirilən qəzet kağızının qiyməti təqribən 100 faizdən çox artıb. Üstəlik gətirilən qəzet kağızları və hazır çap məhsullarına ƏDV yanvarın 1-dən bərpa olunub. Problemi aradan qaldırmaq üçün ƏDV-nin ləğvini gündəmə gətirsək, yaxşı olar".Deputat qeyd edib ki, "İnfomasiya təhlükəsizliyi haqqında" qanun olsa, həm ölkə daxilində, həm də xaricdə Azərbaycana aid informasiya məkanını yetirəncə qoruya bilərik: "Belə bir qanunun hazırlanması payız sessiyasına düşsə, xalqımız üçün daha əhəmiyyətli olar".



Sizin Reklam Yeriniz