Əlaqə Arxiv
news Image
2016.02.01
17:55
| A A A
İranda İslam İnqilabının ildönümü qeyd edilir

Fevralın 1-dən etibarən İranda İslam İnqilabının ildönümü ilə əlaqədar 10 günlük bayram başlayıb.Bayram İran İslam İnqilabının banisi İmam Xomeyninin məzarını ziyarətlə başlayıb. Məzarı əvvəlcə İran İslam İnqilabının Ali Rəhbəri Əli Xamneyi, Prezident Həsən Ruhani və digər rəsmi şəxslər ziyarət ediblər.1979-cu il fevralın 1-i inqilabi fəaliyyətinə görə şah rejimi tərəfindən İrandan sürgün edilərək Fransada yaşamaq məcburiyyətində qalan İmam Xomeyninin Tehrana qayıdışı günüdür. Ömrünün 15 ilini İraq, Türkiyə və Fransa kimi ölkələrdə sürgündə keçirən İmam Xomeyni daim xalqı imperialist qüvvələrlə mübarizəyə səsləyib.Xalqı yad qüvvələri ölkədən qovmağa çağıran İmam Xomeyni İranda İslam İnqilabının baş verməsinə səbəb olub və nəticədə Pəhləvi rejimi süquta uğrayıb.(AZƏRTAC)

Sizin Reklam Yeriniz