Əlaqə Arxiv
news Image
2016.02.02
17:00
| A A A
Səfirlik: Fransa Dağlıq Qarabağ münaqişəsi tərəflərinin heç birinə silah satmır

Fransanın Azərbaycandakı səfirliyi Ermənistana silah satışı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibətini açıqlayıb.Movqe.az xəbər verir ki, Səfirlikdən APA-ya verilən məlumatda bildirilir ki, Fransa Dağlıq Qarabağ münaqişəsi tərəflərinin heç birinə silah ixrac etmir."Fransa tərəflərdən heç birinə silah ixrac etmir. Bununla belə, üçüncü ölkələrə göndərilən silahların silah embarqosuna zidd olaraq yenidən ixrac olunmayacağını təsdiq etmək üçün son istifadəçi şəhadətnaməsi (end-user certificate) tələb etmirik", - deyə səfirlikdən bildirilib.Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Fransa və Böyük Britaniya istehsalı olan "PGM Mini-Hecate" və "Arctic Warfare.338 LM" snayper tüfənglərdən istifadə etməsini əks etdirən foto və məlumatlar yer alıb.

Sizin Reklam Yeriniz