Əlaqə Arxiv
news Image
2016.02.03
09:20
| A A A
Rusiya XİN-i beş ABŞ vətəndaşına ölkəyə girişinə qadağa qoyub

Rusiya XİN-i ABŞ-ın "Maqnitskinin siyahısı"nın genişləndirməsinə cavab olaraq beş Amerika vətəndaşına ölkəyə girişinə qadağa qoyub. Movqe.az-ın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, Rusiya XİN mətbuat xidmətinin məlumatına əsasən, ABŞ-ın sabiq ədliyyə naziri Alberto Qonsales, keçmiş müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Duqlas Feyt, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq baş hüquq məsləhətçisi Con Ritso, sabiq ədliyyə nazirinin müavini Cey Baybi və  Müdafiə Nazirliyinin sabiq hüquq məsləhətçisi Uilyam Xeynsə Rusiyaya girişinə qadağa qoyulub.Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi "Maqnitskinin siyahısı"na dörd Rusiya və bir Ukrayna vətəndaşını daxil edib.  

Sizin Reklam Yeriniz