Qahirə aeroportunda partlayıcı maddə detektorları quraşdırılacaq
Qahirə beynəlxalq aeroportunda partlayıcı maddə detektorları quraşdırılacaq.Misir KİV-ləri Qahirə aeroportunun idarəetmə şirkətinin Direktorlar Şurasının sədri Məhəmməd Səidə istinadla xəbər verirlər ki, aeroportun təhlükəsizliyini gücləndirmək məqsədilə ümumi dəyəri təqribən 18 milyon avroya bərabər olan iki ədəd ən müasir partlayıcı maddə detektoru alınacaq. Aeroportda detektorların quraşdırılması şübhəli avtomaşınlarda partlayıcı maddə olub-olmasını avtomatik şəkildə və ümumi nəqliyyat axınını ləngitmədən yoxlamağa imkan verəcək.(AZƏRTAC)