Əlaqə Arxiv
news Image
2016.02.05
09:50
| A A A
Səudiyyə Ərəbistanı Suriyada İŞİD-ə qarşı quru əməliyyatda iştirak etməyə hazırdır

Səudiyyə Ərəbistanı İŞİD-ə qarşı quru əməliyyatda iştirak etmək üçün Suriyaya qoşun göndərməyə hazırdır.  Movqe.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi  müvafiq suala cavabında Səudiyyə Ərəbistanının təklifi barədə məlumatsız olduğunu bildirib. Kirbi əlavə edib ki, koalisiya, ümumiyyətlə, tərəfdaşların İŞİD-ə qarşı mübarizəsini dəstəkləyir: "Mən bu məlumata şərh vermək istəməzdim,  onu nəzərdən keçirməyə hələlik imkanımız olmayıb".     

Sizin Reklam Yeriniz