Əlaqə Arxiv
news Image
2012.11.20
15:55
| A A A
Azərbaycana demokratiya iradı edən Qərb demokratiyaya divan tutur
Zahid Oruc: "Gözyaşardıcı qaz, rezin dəyənəklər, güclü su şırnaqları, həmçinin atın qarşısında qovmalar Azərbaycan siyasi - hüquq sisteminin kəşfi deyil” Rauf Qurbanov: "Bu gün Qərbin bizə hansısa demokratiya dərsi deməyi, siyasi həyatımıza daxil olmağı tamamilə yolverilməzdir”

"Biz görürük ki, inkişaf etmiş ölkələrin bəziləri hansı ağır vəziyyətdədir. On minlərlə nümayişçi küçələrə axışır, öz etirazını bildirirlər. Düzdür, onlar çox böyük kobudluq və qəddarlıqla döyülür və əzilir.İnsanlara bu qədər əzab, işgəncə vermək olmaz.İnsanlar küçələrə öz etirazını bildirmək üçün çıxırlar. Ancaq bunun qarşısında onları dəyənəklə vurmaq, qazla zəhərləmək, necə deyərlər, əzmək yolverilməzdir.Bu, demokratik normalara zidd olan hərəkətlərdir. Özünü demokratik və demokratiyanın beşiyi adlandıran ölkələri belə görəndə, doğrudan da biz təəccüb edirik. Azərbaycan bu baxımdan nümunə ola bilər". Bu fikirləri Yeni Azərbaycan Partiyasının 20 illiyinə həsr olunmuş təntənəli tədbirdə ölkə Prezidentiİlham Əliyev bildirib.Elə digər rəsmilər də Qərb ölkələrini insan hüquqlarını pozmaqda qınayırlar. Özü də bu həmin Qərb ölkələridir ki, Azərbaycana demokratiyadan dərs keçməyə, onu şəhər mərkəzində kütləvi aksiyalar keçirməyə yol verməməkdə qınayırlar.Amma necə deyərlər, öz gözlərindəki tiri görmürlər.

Millət vəkili Zahid Oruc məsələyə münasibətdə bildirir ki, demokratiyanın konkret xüsusi bir testi mövcud deyil:"Əlbəttə ki, ölkənin siyasi quruluşu, idarəetmə prinsipləri, dövlət - vətəndaş əlaqələri, onun söz azadlığı, siyasi haqların geniş şəkildə bərqərar olması və s. yöndə hüquqi - normativ haqlar mövcud olsa da, konkret olaraq hər bir ölkənin fərqli spesifikası var və bir sıra məsələlər də bu müstəvidə tənzimlənir. Belə olan təqdirdə, xüsusi olaraq bir sıra hallarda, sərbəst toplaşma hüququ ilə bağlı müxtəlif beynəlxaq təşkilatların aydın şəkildə özünü göstərən ayrı-seçkilik səviyyəsində münasibətlərinin şahidi oluruq. Bu məsələyə münasibətdə ayrı-seçkilik kriteriyalardan çıxış edən dairələrin əslində özəl niyyətləri var. Bu, konkret olaraq bir sıra hallarda iqtisadi maraqları hədəf götürür. O biri yandan ölkələr üzərində qurulan zəif bənd sisteminin hədəfi odur ki, o dövlətləri özlərindən asıl olaraq idarə etsinlər. Hətta cənab Prezidentin dediyi kimi, metropolis, hegemoniya və diktat leksionundan bəhrələnmək də burada özünü geniş şəkildə göstərir. Lakin faktiki olaraq sərbəst toplaşma məsələsinə münasibətdə biz Avropa ölkələrindən bircə fərqi görürük. Bu ondan ibarətdir ki, daha çox məkan və meydanlar var. Bu mənada, hakimiyyətin üzərinə düşən vəzifə ondan ibarətdir ki, bütün məkanlarda infrastrukturun yol verdiyi çərçivədə mitinq, piket ünvanlarını dəqiqliyi ilə göstərsin ki, müxalif qüvvələrin siyasi arqument bazası tamamilə ortadan götürülsün. Lakin qanunsuz aksiyaya münasibətdə davranışların sərtliliyini biz yox, elə həmin Avropa dövlətləri müəyyənləşdiriblər. Hər halda Azərbaycan gözyaşardıcı qazı kəşf etməyib, rezin dəyənəkləri də biz yaratmamışıq. O cümlədən güclü su şırnaqları ilə vurmalar, həmçinin atın qarşısında qovmalar da Azərbaycan siyasi - hüquq sisteminin kəşfi deyil. Bunların böyük hissəsini həmin Qərb ölkələrinin praktikasında görməkdəyik. Başqa tərəfdən 1966 - cı il"Siyasi və mülki hüquqlar haqqında" Aktda, o cümlədən, Avropaİnsan Haqları üzrə Konvensiyada 7 məhdudlaşdırıcı norma öz əksini tapıb. Bunu da biz yazmamışıq. Ancaq Azərbaycanda sərbəst toplaşmaq hüququnu şərh edənlərin yanaşması bundan ibarətdir ki, bu, guya istənilən zaman və məkanda aksiya keçirtmək hüququnu tanıyan müddəadır. Halbuki, belə ola bilməz. Vətəndaşın tibbi yardım almaq hüququ var. Bu, o demək deyil ki, o, istənilən klinikada heç bir vəsait ödəmədən bunu reallaşdıra bilər. Bunun konkret bazis prinsipləri tanınmalıdır. Əks halda sadəcə, qanunsuzluq mühiti bərqərar olacaq".

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirir ki, hər xalqın mentalitetinə uyğun mədəni inkişafı var: "Azərbaycanda əsrlər boyu öz mentaliteti ilə formalaşan tərbiyə qaydaları var. Keçmiş SSRİ respublikaları müstəqillik əldə edəndə bəzi partiyalar istiqamətlərini Qərbə götürdülər. Lakin Qərbdən dərs almaq, Qərbin etdiklərini təkrar etmək kimi hərəkətlər tamamilə yanlışdır. Bu gün Qərbin bizə hansısa demokratiya dərsi deməyi, siyasi həyatımıza daxil olmağı tamamilə yolverilməzdir. Ona görə də istər siyasətdə, istərsə də iqtisadiyyatda Qərbin bizə dərs verməyinə ehtiyac yoxdur. Sadəcə olaraq Azərbaycan bir xalq olaraq ümumbəşəri dəyərlərə əsaslanan hərəkətləri Qərbdən də, Şərqdən də götürməsi və özünəməxsus şəkildə cəmiyyətinə təqdim etməsi təqdirəlayiq haldır. Amma konkret olaraq Qərbin proqramını qəbul edərək özümüzdə təkarar etmək eybəcərlikdən başqa bir şey kimi göünməyəcək".

Partiya sədri onu da qeyd etdi ki, Azərbaycan tolerant bir ölkədir: "Azərbaycanın müəyyən sahədə dünyaya inteqrasiyası üçünəməkdaşlıq etməsi lazımdır. Çünki, dünyadakı hərəkət həlqələrinin biri də bizik. Ona görə də əməkdaşlıqdan kənarda qalmaq olmaz. Ancaq Qərbin bu əməkdaşlıqdan istifadə edərək bizə təzyiq göstərməsi qəbul edilməzdir. Ona görə də gələcəkdə Qərblə yalnız paritetəsaslarda, eyni səlahiyyət müstəvisində əməkdaşlıq etmək olar. Amma bu əməkdaşlığı əsas götürərək Azərbaycana təzyiq mexanizmi kimi istifadə etmək yol verilməzdir. Elə həmin Qərb dövlətləridir ki, bu gün Azərbaycana ikili standarlarla yanaşırlar. Baxmayaraq ki, Azərbaycanla sıx iqtisadiəməkdaşlıq çərçivəsindədirlər".

Sizin Reklam Yeriniz