Əlaqə Arxiv
news Image
2016.02.05
13:06
| A A A
Klinton: "ABŞ-ın Avropadakı müttəfiqləri Rusiyanın təzyiqi altındadır"

"ABŞ-ın Avropadakı müttəfiqləri II Dünya Müharibəsindən sonra yaranmış dövlət sərhədlərini dəyişmək istəyən Rusiyanın davamlı təzyiqi altındadır".Movqe.az-ınAPA-ya istinadən  məlumatına görə, bunu ABŞ-da prezidentliyə namizəd Hillari Klinton seçkiqabağı debatda çıxışı zamanı deyib.Onun sözlərinə görə, Rusiya Baltikyanı ölkələrdə də öz nüfuzunu genişləndirmək istəyir. "Müdafiə naziri Cim Karter də Avropanın sərhədlərini dəyişmək istəyən, Krımı işğal edən Rusiyanın avropalı müttəfiqlərimizə təzyiq göstərdiyini təsdiq edir. Bu səbəbdən NATO-nun gələcəkdə fəaliyyəti daha da gücləndirilməlidir".H. Klinton yeni növ silahlarla təmin etməklə və hərbi yardım proqramlarını gücləndirməklə, ABŞ-ın avropalı tərəfdaşlara dəstəyi artırmağı təklif edib.

Sizin Reklam Yeriniz