Əlaqə Arxiv
news Image
2016.02.07
09:00
| A A A
Federika Moqerini tezliklə İrana səfər etmək niyyətindədir

Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini tezliklə İrana "tarixi səfər" etmək niyyətində olduğunu bildirib. Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Federika Moqerini Aİ-nin 28 ölkəsinin XİN rəhbərlərinin Amsterdamda keçirdiyi qeyri-rəsmi görüşündən sonra  bildirib."Bu çox mühüm səfər olacaq", deyə Moqerini əlavə edib. Moqerini hələlik  görüşün tarixi və onu müşayiət edəcək nümayəndə heyətinin tərkibi barədə məlumat verə bilməyəcəyini bildirib.  Avropa İttifaqının diplomatiya rəhbəri  15-16 fevral tarixlərində Brüsseldə İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşəcəyini bildirib. 

Sizin Reklam Yeriniz