Milli Məclisdə bələdiyyələrlə bağlı işçi qrup yaradılıb
Milli Məclisdə
qanunvericilik səviyyəsində bələdiyyələrin qarşılaşdıqları
problemlərin aradan qaldırılması ilə əlaqədar işçi qrup yaradılıb.
Movqe.az-ın məlumatına görə, bunu bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin Milli
Məclisin Regional məsələlər komitəsində müzakirəsi zamanı komitənin
sədri Arif Rəhimzadə bildirib. İşçi qrupa Regional məsələlər
komitəsinin üzvləri, Milli Məclis Aparatının şöbə müdiri Lətif
Hüseynov, bir neçə bələdiyyə sədri daxil edilib. Qrupa millət
vəkili Rüstəm Xəlilov rəhbərlik edəcək.Qrup bələdiyyələrin
qarşılaşdıqları problemlərin qanunvericilik səviyyəsində həllini
araşdıracaq. Mövcud qanunvericiliyə əlavə və dəyişikliklərlə
əlaqədar təkliflərlə çıxış edəcək.