İsveç XİN rəhbəri: “Azərbaycanın qaçqınlarla iş təcrübəsini öyrənmək istəyirik”
"İsveç Azərbaycanın qaçqınlarla iş sahəsindəki təcrübəsini öyrənməkdə maraqlıdır". Movqe.az APA-ya istinadən məlumat verir ki, bunu İsveçin xarici işlər naziri Marqot Vallström Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə görüşdə deyib.O, suriyalı qaçqınlarla bağlı məsələyə də toxunub: "Suriyada davam edən müharibə İsveçi miqrant axını ilə üz-üzə qoyub. Bu, təcrübə mübadiləsi apara biləcəyimiz sahələrdən biridir. Azərbaycan böyük sayda qaçqın probleminin öhdəsindən gəlmiş ölkədir".