Əlaqə Arxiv
news Image
2016.02.12
11:15
| A A A
Malena Mard: “Azərbaycanla hər iki tərəf üçün uyğun olan strateji tərəfdaşlıq sazişi imzalamağa çalışırıq”

"Çalışırıq ki, hər iki tərəf üçün uyğun olan strateji tərəfdaşlıq sazişi imzalayaq". Movqe.az-ın  APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bu sənəd əsasən qanunun aliliyi, ticarət, iqtisadiyyat, demokratiya və digər sahələri əhatə edir.M. Mard qeyd edib ki, qanunun aliliyi, ədliyyə, regionların inkişafı sahəsində Azərbaycana qrantlar qismində yardımlar ayrılacaq: "Bu qrantların həcmi 75-90 milyon avro təşkil edəcək. Bunlar Avropa Qonşuluq Siyasəti və "Şərq tərəfdaşlığı"nın tərkib hissəsidir". 

Sizin Reklam Yeriniz