Əlaqə Arxiv
news Image
2016.02.15
12:23
| A A A
Rusiya İrana S-300 kompleksləri göndərəcək

Rusiya yaxın zamanlarda İrana S-300 havadan müdafiə sistemlərini göndərmək niyyətindədir.


Movqe.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstan üzrə xüsüsi nümayəndəsi, XİN-in Asiya üzrə ikinci departamentinin rəhbəri Zamir Kabulov bildirib.


O deyib ki, komplekslərin təhvil verilməsi yaxın zamanda baş tutacaq.


Bundan öncə İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqa S-300 komplekslərinin ilk partiyasının Rusiya tərəfindən göndərilməsinin 2016-cı ilin birinci rübündə baş tutacağını bəyan edib.


BMT 2010-cu ildə Moskvanın S-300 müasir yer-hava tipli raket sistemlərinin İrana satışını qadağan edib, ancaq 2015-ci ilin aprelində Tehran Qərblə ilkin nüvə razılaşması əldə edəndən sonra qadağa götürülüb.


Vaşinqton və İsrail bu məsələdə narahatlıqlarını ifadə edir və Rusiya-İran razılaşmasını kəskin pisləyir. Əsas narahatlıq ondan ibarətdir ki, İran S-300 raketlərini alarsa, Yaxın Şərqdə əməliyyat aparan təyyarələri çox asanlıqla vura bilər.

Sizin Reklam Yeriniz