Medvedev: "Qərbdən sanksiyaların ləğvini xahiş etməyəcəyik”
"Rusiya Qərbdən sanksiyaların ləğv olunmasını xahiş etməyəcək".Movqe.az-ın məlumatına görə, bunu Rusiya baş naziri Dmitri Medvedev "Time" jurnalına müsahibəsində deyib.O bildirib ki, Qərb dövlətləri özləri sanksiyaları dayandıracaq: "Özləri gəlib deyəcəklər ki, bütün bunlara son qoyaq, çünki bundan heç kim qazanmayıb, əksinə hamıya pis təsir edir".D. Medvedev əlavə edib ki, bu sanksiyalar Rusiyaya güclü təsir göstərməyib: "İnkişaf edirik, sağıq və sağ qalacağıq. Rusiyanın siyasi mövqeyini dəyişə bilməyiblər".