Əlaqə Arxiv
news Image
2012.11.22
17:13
| A A A
Qəzzada ümidlər tükdən asılıdı
Movqe.Az xəbər verir ki, Qəzza bu səhər daha ümid dolu bir günə oyanıb. Misirin dəstəyi ilə İsrail ilə Həmas arasında bu gün gecə yarısından etibarən atəşkəs təmin edildiyi xəbərləri yayılıb. Bu xəbəri fələstinlilər bayram etsə də razılığın qüvvədə qalması üçün şanslar çox azdır. Artıq İsrailin cənubunda qarşılıqlı atışmaların olduğu deyilir. Sadə qəzzalılar dediyinə görə onlara təhdid dolu təkliflər də gəlir. Qəzzadakı BMT-nin məktəbinə sığınan Fələstinlilər normal həyatlarına geri dönmək istəyir:
"Evimizə getmək istəyirik. Artıq raket hücumlarından xilas olmaq istəyirik. Bu mərmilərin altında xoşbəxt olduğumuzu sanırsınız? Xeyr, nə Ərəblər nə də İsraillilər bundan xoşbəxt deyil."
Atəşkəs razılaşmasının şərtlərinə əsasən İsrail havadan və qurudan apardığı hərbi əməliyyatları dayandırmalı, Fələstindəki quruplar da İsrailə qarşı olan raket hücumuna son qoymalı idilər. Tərəflər arasında baş tutan anlaşmaya əsasən İsrail sərhəd qapılarını insanların və digər vasitələrin keçməsi üçün açmalı idi. Amma rəsmi Təl-Əviv mühasirəni dayandırmaq təklifini qəbul etməyib. Digər tərəfdən İsrail Ordusu Qərbi Şəriyə ərazisində terror törətməkdə şübhəli bilinən 55 nəfərin həbs edildiyini bildirib.
Sizin Reklam Yeriniz