Əlaqə Arxiv
news Image
2016.02.17
12:35
| A A A
Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvlüyünə namizədliyi irəli sürülüb

Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərovun namizədliyi Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvlüyünə irəli sürülüb.Movqe.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu barədə parlamentin hazırladığı qərar layihəsində bildirilir.Qərar layihəsində deyilir: "Məhkəmə-Hüquq Şurası haqqında" qanunun 6.2.4-cü maddəsinə uyğun olaraq Milli Məclis qərara alır:Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclis sədrinin birinci müavini, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin".Qərar layihəsi parlamentin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.Qeyd edək ki, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bir müddət əvvəl MHŞ üzvlüyündən çıxdığı üçün həmn yer boş qalıb.

Sizin Reklam Yeriniz