Türkiyədə daha bir terror aktı: 6 əsgər şəhid oldu - YENİLƏNİB
Türkiyənin Diyarbəkir vilayəti ərazisində baş verən partlayış nəticəsində 6 hərbi qulluqçu şəhid olub. APA-nın "Milliyet"ə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər baş verib. Hərbçiləri daşıyan zirehli mikroavtobus Diyarbəkir-Lice yolunda hərəkət edərkən terrorçular tərəfindən uzaqdan idarə olunan bomba partladılıb. Nəticədə 6 əsgər həlak olub, 1-i yaralanıb. Hadisə yerinə çoxlu sayda ambulans göndərilib.