Əlaqə Arxiv
news Image
2016.02.18
21:30
| A A A
İranda parlament seçkilərinə təbliğat-təşviqat kampaniyası başlayıb
Bu tədbir bir həftə sürəcək

Fevralın 18-dən İran parlamentinə seçkilərlə bağlı namizədlərin təbliğat və təşviqat kampaniyasına başlanıb.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu gündən başlayan təbliğat-təşviqat kampaniyası bir həftə, fevralın 24-dək davam edəcək.

İran Seçki Qərargahının sədri Məhəmmədhüseyn Müqimi bildirib ki, parlamentə X çağırış seçkilərində səsvermədə 54 milyon 915 min 24 seçici iştirak edəcək.

İran Daxili İşlər Nazirliyi bildirib ki, fevralın 26-da keçiriləcək seçkilərdə 6220 iddiaçının namizədliyi təsdiq edilib. Həmin gün Dini Ekspertlər Şurası Məclisinə (bu qurum ölkənin ali rəhbərini seçir, indi bu vəzifəni ayətullah Seyid Əli Xamenei tutur) 5-ci çağırış seçkiləri də keçiriləcək. Şuradakı 88 yerə 161 namizəd iddia edir.


Sizin Reklam Yeriniz