Əlaqə Arxiv
news Image
2016.02.19
10:20
| A A A
Aİ ölkələrinin liderləri Ankaradakı terror aktını qətiyyətlə pisləyiblər

Brüsseldə keçirilən sammitdə Avropa İttifaqına üzv dövlətlərin liderləri Ankarada törədilən terror aktını qətiyyətlə pisləyiblər və birlikdə terrorçuluqla mübarizədə əllərindən gələni əsirgəməyəcəklərini vəd ediblər. Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ liderlərinin birgə bəyanatında bildirilir.  "Biz  Ankarada törədilən terror aktını qətiyyətlə pisləyirik. Biz terror aktının qurbanlarının ailələrinə və dostlarına başsağlığı veririk və Türkiyə xalqı ilə həmrəy olduğumuzu bildiririk", deyə bəyanatda bildirilir. Qeyd edək ki, Aİ Şurasının sədri Donald Tuskun  sammit ərəfəsində Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşü nəzərdə tutulmuşdur. Görüşdə miqrasiya böhranı ilə mübarizənin  və bununla bağlı Aİ-Türkiyə  planının icrasının müzakirə ediləcəyi gözlənilirdi. Davudoğlunun sammit çərçivəsində daha bir neçə görüşü planlaşdırılmışdır.  Lakin Ankarada törədilən terror aktı ilə əlaqədar Davudoğlu Brüsselə səfərini təxirə salıb. 

Sizin Reklam Yeriniz