Əlaqə Arxiv
news Image
2016.02.24
10:42
| A A A
Ukrayna prezidenti yeni jurnalist orqanı təsis edib

Ukraynanın dövlət başçısı Pyotr Poroşenko prezident yanında məşvərət orqanı — jurnalistlərin peşə fəaliyyətinin və azad sözün müdafiəsi məsələləri üzrə şura təsis edib. 


Movqe.az xəbər verir ki, şura azad söz konstitusion hüququnun təmin olunması, dövlət orqanları ilə KİV və vətəndaş institutları arasında qarşılıqlı münasibətinin effektiv nizamlanması məqsədilə yaradılıb.


Şuranın həmsədrləri Prezident Administrasiyası rəhbərinin müavini Andrey Taran və Poroşenkonun mətbuat katibi Svyatoslav Tseqolko təyin edilib.


Qurumun əsas missiyalarından biri media qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması olacaq.(novator.az) 

Sizin Reklam Yeriniz