Əlaqə Arxiv
news Image
2016.02.25
22:00
| A A A
20 ölkədən 51 şirkət İŞİD-ə partlayıcı satır - Onların arasında Rusiya da var

İŞİD partlayıcı vasitələrin hazırlanması üçün komponentləri 20 ölkədən olan 51 şirkətdən alır.

Bu barədə Londonda fəaliyyət göstərən Conflict Armament Research təşkilatının hesabatında bildirilir. Hesabat 2014-cü ilin iyulundan 2016-cı ilin fevralınadək dövrü əhatə edir.

Hesabatda adı keçən təşkilatlar istehsalçı, vasitəçi, istehlakçı kimi çəkilir.

Partlayıcı istehsalçıları arasında Braziliya, Rumıniya, Çin, Türkiyə, Belçika, Niderland, İran, Hindistan, Avstriya, Çexiya, Yaponiya, ABŞ, İsveçrə, Finlandiyadan olan şirkətlərin adı var. Onlar arasında "Solvay" kimi nəhəng kimya şirkətinin adı çəkilir.

Rusiyadan olan şirkətlər vasitəçi rolunda xüsusilə rol oynayıblar. Rusiyadan olan bir şirkət İŞİD-ə kimyəvi birləşmələr satıb. Siyahıda BƏƏ, İraq, Livan, Türkiyə, Çin və Hindistanın da adı var.

İŞİD üçün detonatorları, kabelləri Hindistan şirkətləri, tranzistor və mikronəzarət cihazlarını ABŞ, İsveçrə, Yaponiya şirkətləri satır. Maraqlı cəhət odur ki, İŞİD-in müharibə apardığı İraq dövlətinin 5 şirkəti də "İslam dövləti"nə partlayıcı satır.

Uzaq məsafədən partlayışlar üçün törətmək üçün İŞİD daha çox işlənmiş ucuz telefonlardan istifadə edir. Məhz bu üzdən Nokia / Microsoft Mobile, Nokia Telecommunications (Çin) şirkətlərinin adı hesabatda vasitəçi kimi keçir.

Partlayıcı hissələrinin alınmasına adətən bir aydan yarım ilədək vaxt gedir. Kimyəvi komponent kimi daha çox gübrə istehsalında istifadə olunan nitrat ammonium satılır.

Sizin Reklam Yeriniz