Əlaqə Arxiv
news Image
2016.02.26
13:25
| A A A
Suriya üzrə sülh danışıqları martın 7-də bərpa olunacaq

Suriya ilə bağlı danışıqlar martın birinci həftəsində Cenevrədə bərpa oluna bilər. Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-dəki mənbə bildirib.

 

"İlkin plana əsasən, Suriya üzrə danışıqlar martın 7-də Cenevrədə keçiriləcək", - deyə mənbə qeyd edib.

 

Qeyd edək ki, daha əvvəl TASS agentliyi Suriya müxalifətindəki mənbəyə istinadən məsləhətləşmələrlə bağlı danışıqların martın 1-ci həftəsində baş tutacağını bildirmişdi.

 

Fevralın əvvəllərində Cenevrədə keçirilən danışıqların ilk raundu nəticəsiz başa çatıb. Danışıqların fevralın 25-nə bərpa edilməsi nəzərdə tutulsa da, BMT baş katibinin Suriya üzrə nümayəndəsi Staffan de Mistura bunun üçün şərtlərin uyğun olmadığını hesab etmişdi.

Sizin Reklam Yeriniz