Əlaqə Arxiv
news Image
2016.02.27
16:00
| A A A
Milli Məclisin xərcləri azaldılır

Milli Məclisin 2016-cı il üçün nəzərdə tutulan xərcləri azaldılır.


Movqe.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin martın 4-nə planlaşdırılan növbəti iclasının gündəliyinə daxil edilib.


Belə ki, "Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında" Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarına edilən dəyişikliyə əsasən, Milli Məclisin və onun aparatının 2016-cı il üçün xərclər smetası 22 694 934 manat məbləğində müəyyən edilib.


Qeyd edək ki, Milli Məclisin 14 oktyabr 2015-ci il tarixli iclasında 2016-cı il üçün xərclər smetası 22 745 955 manat müəyyən edilmişdi.

Sizin Reklam Yeriniz