Əlaqə Arxiv
news Image
2016.04.01
12:25
| A A A
Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Aprelin 5-6-da İranın Ramsar şəhərində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulub.XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin Movqe.az-ın verdiyi məlumata görə, görüşdə regional təhlükəsizlik, beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, yüklərin tranzit daşınmasının təkmilləşdirilməsi məsələləri müzakirə ediləcək. Nazirlər regionda baş verən siyasi proseslərlə yanaşı, iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələsinə də toxunacaqlar.Hər üç ölkənin nazirlərinin bu formatda görüşü ilk dəfə Urmiyada, sonra isə Naxçıvanda keçirilib.

Sizin Reklam Yeriniz