Əlaqə Arxiv
news Image
2016.04.03
11:06
| A A A
Ərdoğan: Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi Minsk qrupunun fəaliyyətsizliyidir
Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyidir.Movqe.az-ın trend-ə istinadən məlumatında görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da İslam Mərkəzinin açılışında çıxış edərkən deyib.


Ərdoğan deyib ki, Minsk qrupu vaxtında problemi həll etsəydi, "bu gün təmas xəttində baş verən hadisələrinin şahidi olmazdıq".


Türkiyə prezidenti çıxışı zamanı həmçinin Azərbaycan KİV-ni vətənpərvərliyə görə tərifləyib.


O deyib: "Mən bu gün ABŞ-da azərbaycanlı jurnalistlərini baş verən hadisələrlə əlaqədar göz yaşları ilə gördüm."


Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.


Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.


Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.                                                                                     
Sizin Reklam Yeriniz