Əlaqə Arxiv
news Image
2016.04.03
13:45
| A A A
Türkiyə Respublikasının Baş Qərargah rəisi Azərbaycanın Müdafiə nazirinə başsağlığı məktubu ünvanlayıb

Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akar cəbhədə baş verən döyüş toqquşması nəticəsində hərbçilərimizin şəhid olması ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı məktubu ünvanlayıb.Məktubda bildirilir: "2 aprel 2016-cı il tarixdə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüş qarşıdurmasında qəhrəman on iki əsgərinizin şəhid olduğunu dərin bir üzüntü ilə öyrəndim. Dost və qardaş Azərbaycan Silahlı Qüvvələrinin bu hadisə səbəbi ilə yaşadığı acını ürəkdən bölüşürəm.Şəxsim və Türk Silahlı Qüvvələri şəxsi heyəti adından şəhid olan hərbi qulluqçulara Uca Allahdan rəhmət, yaxınlarına, Sizə və şəxsinizdə Azərbaycan Silahlı Qüvvələrinin dəyərli şəxsi heyətinə başsağlığı verirəm."

Sizin Reklam Yeriniz