Ermənistan prezidenti
Serj Sarkisyanın atəşkəs haqqında açıqlamasına Azərbaycan XİN-dən
cavab gəlib.Movqe.az nazirliyə istinadən bildirir ki, ilk olaraq
Azərbaycan tərəfindən əks-həmlə və cavab tədbirlərinin birtərəfli
qaydada dayandırılması barədə 3 aprel 2016-ci il tarixində qərar
qəbul edilmişdi. Azərbaycan tərəfinin bu sülhpərvər və xoşməramlı
niyyətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış
məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas
xətti boyunca Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam
edir:"Azərbaycan Respublikası atəşkəsə hazırdır. Lakin Ermənistan
qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun
olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri
daxilində ərazi bütövlüyü və suverenliyi təmin
olunmalıdır.Azərbaycan dəfələrlə bəyan etmişdir ki, atəşkəsin
pozulması və gərginliyin yaranmasının əsas səbəbi Ermənistan
qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində
mövcudluğudur".