Əlaqə Arxiv
news Image
2016.04.05
11:05
| A A A
Erməni tərəfi itkilərini etiraf etdi: 27 ölü, 72 yaralı

Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələri Azərbaycan tərəfinin zərbələri nəticəsində 20 nəfərin öldüyünü, 72 nəfərin yaralandığını, 26 nəfərin itkin düşdüyünü təsdiq ediblər. Bu barədə Movqe.az "News.am" saytına istinadən məlumat verir.   Məlumatda qeyd olunur ki, erməni tərəfi döyüş zamanı 7 tankını da itirib.   RİA Novosti isə yazır ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının zərbəsi nəticəsində münaqişə zonasında 7 könüllünün öldüyü barədə məlumat verib.   Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Hovannisyan deyib ki, Azərbaycanın döyüş tipli pilotsuz uçuş aparatı aprelin 4-ü axşam saatlarında erməni könüllülərin olduğu avtobusa zərbə endirib, nəticədə yeddi nəfər ölüb.   Daha öncə döyüş tipli pilotsuz uçuş aparatın zərbəsi 

nəticəsində 5 nəfərin öldüyü bildirilirdi. 

Sizin Reklam Yeriniz