Əlaqə Arxiv
news Image
2016.04.05
11:45
| A A A
İran Ermənistan və Azərbaycan arasında vasitəçiliyə hazır olduğunu açıqlayıb

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ermənistanlı həmkarı Edvard Nalbandyanla telefon danışığı zamanı Qarabağdakı silahlı münaqişənin dayandırılmasının vacib olduğunu bildirib, regionda sülh və stabilliyin bərpasına çağırıb.

 

Movqe.az-ın İRNA-ya istinadən verdiyi xəbərə görə, M. C. Zərif telefon danışığı zamanı İranın bu mənada rol oynamağa hazır olduğunu deyib. O, əgər tərəflər istəyərsə, İranın vasitəçilik etməyə hazır olduğunu bildirib.

 

Qeyd edək ki, bu gün İranın Ramsar şəhərində İran-Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə artıq İrana yola düşüb. Görüş zamanı E. Məmmədyarov həmkarlarını cəbhədə yaranmış vəziyyət və Ermənistanın təxribatları barədə məlumatlandıracaq. 

Sizin Reklam Yeriniz