Əlaqə Arxiv
news Image
2016.04.06
10:00
| A A A
NATO Şərqi Avropada hərbi iştirakını genişləndirir

ABŞ 2017-ci ilin fevralında 4200 hərbi qulluqçudan ibarət zərbə zirehli tank briqadasını Şərqi Avropada yerləşdirməyə başlamaq niyyətindədir.


Alyans Şərqi Avropada "Atlantic Resolve" adlı irimiqyaslı təlimlər keçirib. KİV-lərin diqqəti ilk növbədə "Dragoon Ride" əməliyyatına cəlb olunub. Amerika zirehli texnikası karvanı bu əməliyyat çərçivəsində Baltik ölkələri, Polşa və Çexiya ərazilərindən keçib.


İndi ABŞ-ın zirehli tank briqadası NATO üzrə müttəfiqlərin regionda iştirakını gücləndirəcək. Berlin Transatlantik Təhlükəsizlik İnformasiya Mərkəzinin başçısı Otfrid Nassauer deyib: "Bu, çox aydın mesajdır. Ağır texnikasını burada yerləşdirən ABŞ Şərqi və Mərkəzi Avropa ölkələrinə mesaj göndərir: əgər təhlükə hiss edirsinizsə, lazım gəldikdə biz burada olacağıq və biz köməyə tez çatmaq üçün strukturlar yaradırıq".


Kağızda amerikalıların planı sanballı görünür: 4200 hərbi qulluqçu, 250 tank, habelə qaubitsa, döyüş texnikası və 1700 əlavə nəqliyyat vasitəsi.(AzərTac)

Sizin Reklam Yeriniz