Əlaqə Arxiv
news Image
2016.04.06
13:40
| A A A
Almaniyada Sərkisyana qarşı etiraz

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan prezidenti Serj Sərkisyan Almaniyaya rəsmi səfərə gedib.

Səfər çərçivəsində Sərkisyanın Almaniya kansleri Angela Merkellə də görüş keçirməsi gözlənilir. Görüş zamanı son günlər Dağlıq Qarabağ təmas xəttində vəziyyətin gərginləşməsiylə bağlı müzakirə aparılacağı bildirilir.

Bununla əlaqədar Almaniyada yaşayan soydaşlarımız Sərkisyana qarşı etiraz aksiyası keçirirlər.

Aznews.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev məlumat verib. Onun sözlərinə görə, aksiya aprelin 6-sı saat 12:00-da Berlində başlayıb. Aksiya iştirakçıları Angela Merkeli erməni təcavüzünü birmənalı şəkildə qınamağa çağırırlar.


Sizin Reklam Yeriniz