Əlaqə Arxiv
news Image
2012.12.03
15:30
| A A A
İsrail inşaat işlərini dayandırmalıdır

Moqve.Az xəbər verir ki, Rusiya dövləti İsrailin işğal etdiyi Fələstin torpaqlarında apardığı inşaat işlərini sərt tənqid edib. Rəsmi Moskva Fələstin bölgəsinə edilən iqtisadi yardımların da bərpa edilməsini İsraildən tələb edib. Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir: "Biz İsrail rəhbərliyindən inşaat işləri ilə əlaqədar planlarını dəyişdirməsini və Fələstinə olunan maliyyə yardımlarının davam etməsini tələb edirik."

Məlumat üçün bildirək ki, Rusiya dövləti Yaxın Şərqdə mövcud durumla bağlı həmçinin açıqlayıb ki, İsrailin Fələstinə qarşı mövqeyi rəsmi Moskvanı narahat edir. "İsrailin 1967-ci ildə işğal etdiyi Şərqi Qüds daxil olmaqla Fələstin torpaqlarında aparadığı inşaat işləri qanunsuzdur. Bütün beynəlxalq təşkilatların etiraz etdiyi bu məsələni Rusiya da qəbul etmir.",-deyə Rusiya Xarici İşlər Naziriliydən verilən məlumatda vurğulanır.

Sizin Reklam Yeriniz