Əlaqə Arxiv
news Image
2016.04.07
13:06
| A A A
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üç məsələni müzakirəyə çıxarıb

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Movqe.az xəbər verir ki, iclasda "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi, "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair" sazişin təsdiq edilməsi haqqında, eləcə də "Sosial sığorta haqqında" qanununa dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub.

 

Qeyd edək ki, "Sosial sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində 14-cü maddənin 3-cü hissəsinin ikinci bəndindən sonra aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilib:

 

"Qeyd: Bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, I və II qrup əlillər, Həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür".

 

Bu ilin fevralın 2-də Dubay şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair" saziş isə iki ölkə arasında xarici ticarət sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.


İclasın sonunda millət vəkilləri qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə edib.(apa)

Sizin Reklam Yeriniz