ABŞ Konqresinin
Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupun həmsədri,
Tennesi ştatından seçilmiş demokrat konqresmen Stiv Kohen 7 aprel
tarixində Ermənistanın Azərbaycana qarşı hərbi aqressiyasını tənqid
edən bəyanatla çıxış edib.Azərbaycanın ABŞ-dakı səfirliyindən
Movqe.az-a verilən xəbərə görə, bəyanatda Azərbaycan və Ermənistan
arasında bu yaxınlarda əldə edilmiş atəşkəs razılaşmasının
alqışlandığı bildirilir. Buna baxmayaraq, konqresmen Kohen
Ermənistanın Azərbaycan tərəfinin zorakılığın dayandırılması
məqsədi ilə ötən bazar günü irəli sürdüyü atəşkəs təklifini dərhal
müsbət cavablandırmaması və hərbi əməliyyatları davam etdirməsinin
təəssüf doğurduğunu ifadə edib.Sonda konqresmen Ermənistandan əldə
edilmiş atəşkəs razılığına sadiq olmağı və uzun müddət davam edən
bu münaqişənin həll edilməsi üçün ATƏT-in+Minsk+Qrupu">ATƏT-in
Minsk Qrupu çərçivəsində Azərbaycanla əməkdaşlıq etməyi tələb
edib.