Əlaqə Arxiv
news Image
2016.04.08
13:29
| A A A
Ermənistan Avropa İnsan Haqları Məhkəməsinə verilə bilər-Mülki vətəndaşları hədəf aldığı üçün...

Ermənistanı təxribatı nəticəsində üç gün cəbhədə yaşanan gərginlik Azərbaycan ordusunun üstünlüyü ilə başa çatsa da, bu hadisələr itkisiz ötüşmədi. Ordumuz 31 hərbi qulluqçusunu itirməklə yanaşı, mülki vətəndaşlardan ikisi düşmən təxribatının qurbanı oldu,onu yaralandı, əmlaklarına ciddi ziyan dəydi. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata görə,bu hadisələrdən vətəndaşlara külli miqdarda maddi ziyan dəyib. Həmçinin məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə məruz qalıb. Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovmətbuata açıqlamasında bildirib ki, təkcə rəhbərlik etdiyi rayonda ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki vətəndaşlara məxsus 31 fərdi yaşayış evi dağıdılıb. O bildirib ki, ziyan dəyən 15 yaşayış evi rayonun Qaradağlı kəndində, 2 yaşayış evi şəhərin mərkəzində, digər yaşayış evləri isə Seyidimli və Şirxah kəndlərindədir. Hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir.Mülki vətəndaşlara dəymiş ziyanı, konkret nümunələrlə də, göstərmək olar... 

Ermənilərin ağır artileriyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində mərmilərdən birini evə düşməsi nəticəsində Ağdam rayonundan məcburi köçkün, Cəlal Rəhimov həyatını, onun qardaşı oğlu Orxan Rəhimov isə ayaqlarını itirib. Uşaq qatili olan ermənilərin bu təxribatı ömrünün yeniyetmə çağını yaşayan, Həsənqaya kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 2000-ci təvəllüdlü Həsənli Turanənin də həyatına son qoydu. İşğalçı erməni siyasəti nəticəsində valideynləri  Kəlbəcərdən məcburi köçkün düşdüyü dövrdə doğulan Türanə, elə Kəlbəcəri görmədən də bu həyatla əbədi vidalaşdı. O, yaşadığı evə atılmış mərminin partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alaraq hadisə yerində vəfat etdi. Amma Türanə son hadisələrdə erməni təxribatının qurbanı olan tək uşaq deyil. Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması nəticəsində Seydimli kənd tam orta məktəbinin VII a sinif şagirdi Sənan Vəlizadə də ağır yaralandı. Ermənilər təkcə canımıza deyil, elə malımıza da qəsd etdi. Tərtərin yayaşyış məntəqələrinin ağır artileriya qurğularından atəşə tutulması nəticəsində rayonun Qaraqoyunlu kəndinə bir neçə mərmi düşdü. Kənd sakini Mirzə Rəhimovun yaşadığı evə qrad mərmisi düşərək fərdi yaşayış evini dağıtdı. Xöşbəxtlikdən hadisə zamanı ev sahibləri əkin sahələrində olduğu üçün xəsarət alan olmadı. Ağdamın Qaradağlı kəndinə 20 dənə mərmi düşməsi nəticəsində kənd sakinlərinin mal-qarası məhv olub. Rayonun Sarıcalı kəndində düşən mərmi nəticəsində orta məktəbin dam örtüyü yararsız hala düşüb. Bundan başqa, erməni hərbi birləşmələrinin atdığı mərmilər bir sıra kəndlərdə elektrik xətlərini sıradan çıxıb. Hadisələr zamanı Ağdam rayonun Üçoğlan və Xındırıstan ərazi vahidliklərini də atəşə tutub. Üçoğlan ərazi vahidliyinin Ballar kəndinin ərazisinə 5 artilleriya mərmisi atılıb. Yaşayış məntəqələrinə tuşlanan mərmilərdən biri həyətyanı sahəyə düşüb. Digər dörd mərmi isə kəndin yaxınlığında əkin sahələrində partlayıb. Göründüyü kimi, cəbhədə təmas xətinin hər iki tərəfi Azərbaycab torpaqları olsa da, ermənilərin atəşkəsi tez-tez pozması mülki əhalinin həm canına, həm də malına ziyan vurur. Amma nədənsə erməni tərəfinin bu təxrubatlarına hüquqi qiymət verilmir. Ekspertlər ermənilərin mülki vətəndaşların canına və malına qəsd etdiklərinə görə Avropa İnsan Haqları Məhkəməsi qarşısında hesabat verməli olduğunu, bu məhkəmənin qərarı ilə məsuliyyətə cəlb olunmalarının vacibliyini söyləyirlər. Hüquqşunas Müzəffər Baxış Movqe.az-a açıqlamasında deyib ki, əslində bu əməllərinə görə, Ermənistan Avropa İnsan Haqları Məhkəməsi qarşısında cavab verməlidirlər: "Faktiki olaraq ermənilər Azərbaycan torpaqlarını işğal edib. Amma atəşkəs rejiminə də əməl etmirlər. Cəbhədə ermənilərin törətdiyi sonuncu  təxribat göstərdi ki, onlar mülki əhaliyə məqsədli şəkildə ziyan vurur. Mülki vətəndaşları hədəfə alaraq iriçaplı silahlardan istifadə edirlər. Bu belə davam edə bilməz. Beynəlxalq hüquq normalarına görə, ermənilərin bu təxribatına hüquqi qiymət verilməlidir".

Hüquqşunas bildirir ki, buna görə, Azərbaycan tərəfi mütləq Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməlidir: "Mülki vətəndaşlara ermənilərin vurduğu həm maddi, həm də mənəvi ziyana görə, Avropa İnsan Haqları Məhkəməsi qarşısında vəsatət qaldırılmalıdır. Avropa İnsan Haqları Məhkəməsində isə beynəlxlaq hüquq normaları tətbiq edilməklə qərar çıxardılmalıdır". Hüquqşunas deyir ki, son illərin təcrübəsi ermənilərin Avropa İnsan Haqları Məhkəməsinin qərarına belə məhəl qoymadığını göstərir. M. Baxışov bununla belə Azərbaycan tərəfinin Avropa İnsan Haqları Məhkəməsi qarşısında çıxarılan qərarın icrası ilə bağlı da vəsatət qaldırmaq hüququnun olduğunu deyir: "Ermənistan tərəfi bəllidir ki, qərarın icrasına da əməl etməyəcək. Bu zaman isə bir daha beynəlxalq hüquq normalarını görməzdən gəldiyini, göz görəsi əməl etmədiyini sərgiləyəcək. Amma erməni tərəf nəzərə almalıdır ki, həm Azərbaycan, həm də Ermənistan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyası altındadır. Yəni erməni tərəf bu məhkəmin çıxardığı qərarı icra etməyə məcburdur. Çünki, bununla bağlı mühim sənədləri radifikasiya edib. Bütün bunlarla belə əgər Avropa İnsan Haqları Məhkəməsinin qərarına saymazlıq nümayiş etdirirsə, artıq beynəlxalq təşkilatlar buna göz yummamalıdır. Azərbaycanın tez-tez həm canına, həm də malına ziyan vuran erməni təxribatçılarına qarşı müvafiq ölçü götürməlidir. Nəzərə alınmalıdır ki, həmişə cəbhəyanı ərazilərdə yaşayan insanlar təmas xəttinin hər iki tərəfi onların torpağı ola-ola hücuma məruz qala bilməzlər...  ".

 

Sizin Reklam Yeriniz