Azərbaycan və
Rusiya bir sıra istiqamətlər üzrə strateji
tərəfdaşdırlar.Movqe.az-ın trend-ə istinadən məlumatına görə, bunu
Rusiya Baş naziri Dmitri Medvedev Bakıda Azərbaycan Prezidenti ilə
geniş tərkibli görüşdə deyib.Baş nazi bildirib: "Allaha şükür,
münasibətlərimizin palitrası, əlaqələrimiz yalnız problemlərdən
keçmir, münasibətlərimizin böyük təbəqəsi var və burada bizim çox
irəli getmiş əməkdaşlığımız, strateji təərfdaşlığımız var, eləcə də
iki ölkə iqtisadiyyatının daha sinxron işləyərək yaxşı effektə
çatması üçün əlavə səylər göstərmək imkanı mövcuddur".Rusiyalı Baş
nazir qeyd edib ki, ötən il iki ölkə arasında mal dövriyyəsinin
həcmi azalıb. Lakin onun sözlərinə görə, bu, ölkələrin bir-birinə
tədarük etdiyi malların qiymətlərindəki dəyişikliklə bağlı olub:
"Bununla belə, bir sıra layihələri canlandırmaq
mümkündür".D.Medvedev Azərbaycan Prezidenti İlham Əliyevə bu
məsələni, eləcə də humanitar məsələləri müzakirə etməyi təklif
edib.