Əlaqə Arxiv
news Image
2016.04.08
14:30
| A A A
MDB XİN rəhbərləri Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı birgə bəyanatla çıxış ediblər
"Həmsədrlər tərəfindən irəli sürülmüş prinsiplər əsasında münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri aktivləşdirmək vacibdir”

MDB Xarici İşlər Nazirləri Şurasının bu gün Moskvada keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə əlaqədar birgə bəyanat qəbul edib.Movqe.az-ın məlumatına görə, bəyanatda münaqişə zonasında silahlı toqquşmaların yerli sakinlər də daxil olmaqla, böyük insan itkisinə səbəb olması barədə xəbərlərdən dərin narahatlıq bildirilir: "Münaqişə tərəflərini atəşkəs rejiminə ciddi əməl etməyə və yeni insan ölümlərinə imkan verməmək üçün təmkin nümayiş etdirməyə çağırırıq. Mümkün qədər tez bir zamanda vəziyyətin stabilləşməsi üçün bütün tədbirləri görmək və  ATƏT-in  Minsk Qrupu həmsədrləri tərəfindən irəli sürülmüş prinsiplər əsasında münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri aktivləşdirmək vacibdir".(apa)


Sizin Reklam Yeriniz