Əlaqə Arxiv
news Image
2016.04.09
11:00
| A A A
Qazaxıstan və Türkiyə prezidentləri ikitərəfli münasibətləri müzakirə edəcəklər

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin gələn həftə Türkiyəyə səfəri gözlənilir. Burada o, İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.


Movqe.az  RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, aprelin 13-14-də Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının "ədalət və sülh naminə birlik və həmrəylik" mövzusunda 13-cü sammiti keçiriləcək. Səfər əsnasında Nursultan Nazarbayevin Astana və Ankaranın əsas əməkdaşlıq istiqamətlərinin müzakirəsi çərçivəsində Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılıb.


Xatırladaq ki, 1969-cu ilin sentyabr ayında əsası qoyulan və 57 ölkənin daxil olduğu İslam Əməkdaşlıq Təşkilatının hədəfində sosial, iqtisadi və siyası sahələrdə islam həmrəyli dayanır.

Sizin Reklam Yeriniz