Əlaqə Arxiv
news Image
2016.04.11
22:00
| A A A
Azərbaycan-Argentina parlamentlərarası əlaqələri müzakirə olunub (FOTO)

Azərbaycanın Argentinadakı səfirliyinin müvəqqəti işlər vəkili Rəşad Aslanovla Argentina parlamentinin Deputatlar Palatasının ikinci vitse-prezidenti xanım Patrisia Ximenez arasında görüş keçirilib.


XİN-in mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, görüş zamanı Azərbaycan və Argentina arasında əlaqələr və parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib.


R.Aslanov həmsöhbətinə ölkəmiz haqqında danışıb, ölkələr arasında parlament əməkdaşlığının əhəmiyyətini vurğulayıb, bu baxımdan Argentinanın yeni parlament üzvləri ilə Azərbaycan parlamentariləri arasında əlaqələrin yaradılmasının, qarşılıqlı səfərlərin təşkilinin vacibliyini qeyd edib. Azərbaycanda keçirilmiş parlament seçkilərindən sonra parlamentdə Argentina ilə əməkdaşlıq üzrə işçi qrupunun yenidən formalaşdırıldığını bildirən R.Aslanov Argentina Deputatlar Palatasında da Azərbaycanla dostluq qrupunun yenidən qurulmasının vacibliyini vurğulayıb.


P.Ximenez yaxın zamanda Deputatlar Palatasında müxtəlif ölkələrlə, habelə Azərbaycanla dostluq qruplarının yeni tərkibinin formalaşacağını, müxtəlif deputatların Azərbaycanla dostluq qrupuna cəlb olunmasına səy göstərəcəyini, özünün də bu qrupa qoşulmaq istəyində olduğunu bildirib. O, Azərbaycan haqqında müsbət təəssüratlara malik olduğunu, şəxsən özünün qısa müddətdə Azərbaycanı görmək istəyində olduğunu xüsusi vurğulayıb.


Görüş zamanı R.Aslanov qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli istiqamətində Azərbaycan tərəfindən atılmış addımlar barədə də ətraflı məlumat verib.


Sonda tərəflər iki ölkə arasında parlamentlər səviyyəsində potensial əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətləri barədə fikir mübadiləsi aparıb.

Sizin Reklam Yeriniz