Əlaqə Arxiv
news Image
2016.04.11
18:13
| A A A
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai etimadnamə məktubunu Prezident İlham Əliyevə təqdim etdi.Prezident İlham Əliyev Azərbaycanın BMT-nin bir çox təsisatları ilə sıx əlaqələr qurduğunu, ölkəmizin təşkilat ilə çox fəal əməkdaşlıq həyata keçirdiyini dedi. Bakının BMT-nin bir neçə mühüm tədbirinə ev sahibliyi etdiyini bildirən dövlətimizin başçısı Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının təsisatlarında iştirakını uğurla davam etdirəcəyinə ümidvar olduğunu dedi.Son iyirmi il ərzində təmsil etdiyi qurum ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq həyata keçirildiyini bildirən Qulam İsakzai BMT-nin Azərbaycan hökuməti ilə mövcud olan tərəfdaşlıq əlaqələrini gücləndirmək niyyətində olduğunu dedi. O, ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi, yoxsulluğun azaldılması, infrastrukturun yenidən qurulması istiqamətində əldə olunan nailiyyətlərin önəmini vurğuladı. Ötən səfərindən keçən dövr ərzində ölkəmizdə mühüm dəyişikliklərin şahidi olduğunu qeyd edən Qulam İsakzai bu inkişafa ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında nail olunduğunu vurğuladı. Təşkilatın ölkəmiz ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirən Qulam İsakzai BMT-nin Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi işinə dəstək verə biləcəyinə ümidvar olduğunu dedi.Prezident İlham Əliyev ölkəmiz ilə BMT arasında çox fəal əməkdaşlıq əlaqələrinin olduğunu məmnunluqla qeyd etdi. Yoxsulluğun azaldılmasının ən böyük nailiyyətlərimizdən biri olduğunu deyən dövlətimizin başçısı bütün ölkə miqyasında yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində iş aparıldığını, məşğulluğun yeni mexanizmlərinin təqdim olunduğunu, sosial proqramların həyata keçirildiyini bildirdi, görülən tədbirlərin yoxsulluğun aradan qaldırılması işinə böyük töhfə verəcəyini qeyd etdi. Qarşıya qoyulmuş məqsədlərə qısa müddət ərzində nail olunması üçün təşkilatın ölkəmizin müvafiq qurumları ilə birgə fəaliyyət göstərməsinin, Azərbaycanın bu istiqamətdə irəli sürdüyü təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmasının ölkəmiz üçün yaxşı təcrübə olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı BMT-nin Sivilizasiyalar Alyansının bu yaxınlarda Bakıda keçiriləcək VII Qlobal Forumunun əhəmiyyətinə toxunaraq Azərbaycanın dünyaya təqdim olunması, eyni zamanda, ölkəmizin inkişaf sahəsində qazandığı təcrübəni bölüşməsi baxımından tədbirin önəmini qeyd etdi.Prezident İlham Əliyev Qulam İsakzaiyə fəaliyyətində uğurlar arzuladı.

Sizin Reklam Yeriniz