Əlaqə Arxiv
news Image
2012.12.04
17:20
| A A A
Obamadan Əsədə sərt xəbərdarlıq

Movqe.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama kimyəvi silah istifadə etməyə hazırlandığı iddia edilən Suriya Prezidenti Bəşər Əsədə sərt şəkildə xəbərdarlıq edib. Milli Müdafiə Universitetində etdiyi çıxışında Əsədin kimyəvi silah istifadə etməsi məsələsinə bütün dünyanın etiraz etdiyini ifadə edən Obama, "Kimyəvi silah istifadəsi qətiliklə qəbul edilə bilməz. Bu silahları istifadə edərək faciəvi bir səhv etsəniz bunun günahkarları siz olacaqsınız." deyib. Prezident Obama daha əvvəl Suriyanın kimyəvi silah istifadəsinin özləri üçün qırmızı xətt olduğunu və bu vəziyyətdə lazımlı müdaxiləni edəcəklərini söyləmişdi.

Xatırladaq ki, Avropa səfərinə davam edən dövlət katibi Hillari Klinton da Suriyanı bənzər şəkildə xəbərdar etmişdi.

Sizin Reklam Yeriniz