Əlaqə Arxiv
news Image
2016.04.12
12:00
| A A A
Barak Obamadan gözlənilməz etiraf: "Ən böyük səhvim..."

ABŞ prezidenti Barak Obama 2008-ci ildən bəri ilk dəfə FOX kanalına verdiyi müsahibədə bu illər ərzindəki səhvini etiraf edib.


Movqe.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, 2011-ci ildə Liviyada edilən müdaxilə haqda danışarkən "Qəddafinin devrilməsindən sonra növbəti gün planımız yox idi, bu mövzuda uğursuz olduq" deyib.


O, həmin ərəfədə daha çox şey edə biləcəklərini deyərək hazırlıqsız olduqlarını vurğulayıb.


Obama hakimiyyəti dövründə ən böyük uğurunu da qeyd edib. Prezident 2008-ci ildə ölkəni iqtisadi böhandan çıxarmasını uğur adlandırıb.


Eyni zamanda Barak "Obamacare" adlanan sağlamlıq islahatının ölkədə qəbul edildiyi günü "prezidentliyin ən yaxşı günü", 2012-ci ildə Sandy Hook məktəbindəki qətliamdan sonra oraya etdiyi ziyarəti isə "ən pis günü" adlandırıb.

Sizin Reklam Yeriniz