Əlaqə Arxiv
news Image
2016.04.13
09:15
| A A A
Ordumuzdan düşmənə göz dağı
Üzeyir Cəfərov: “ Ermənistan qısa müddətdə işğalçılıq siyasətindən əl çəkməycəksə, növbəti mərhələlərdə Azərbaycan ona daha ağır zərbələr endirəcək ” Tahir Kərimli: “Aldığı zərbələrdən Ermənistan nəticə çıxarmasa, bu dəfə Azərbaycan Ordusunun daha ağır zərbələrinə tuş gələcək”

Ermənistan Azərbaycanın müasir silahlara sahib olmasından çox ciddi qorxuya düşüb. Bunun nəticəsidir ki, onlar Azərbaycanın silah aldığı ölkələrdən olan Rusiya və İsrailə açıq etiraz edirlər.

Bununla yanaşı, ordumuzun yüksək döyüş ruhuna malik olması da ermənilərin ciddi şəkildə təşvişə salıb. Belədə son hərbi əməliyyatlarda Azərbaycan Ordusunun bütün komponentlər üzrə düşməndən qat-qat üstün olduğu üzə çıxdı.

Hərbçi-ekspert Üzeyir Cəfərov qeyd etdi ki, hərbi cəhətdən düşməndən qat-qat üstün olmağımız Ermənistanı sözün həqiqi mənasında ciddi qorxuya salıb: "Ermənistan tərəfinin bu narahatçılığı başa düşüləndir. Çünki Azərbaycan tərəfi onlara aprel ayının əvvəllərində ağır dəqiqələr, ağır günlər yaşatdı. İndi onlar dünyanın dörd bir tərəfinə car çəkirlər ki, Azərbaycan guya bütün baş verənlərdə günahkardır, silahlanıb. Hətta Rusiya baş naziri Ermənistanda olarkən ona şikayət etdilər ki, Moskvanın Azərbaycana satdığı silahlar vasitəsilə erməni hərbçiləri öldürülüb. Belədə onlar Rusiyadan xahiş edir, yalvarırdılar ki, Azərbaycana silah satmasın. Amma Rusiya baş nazirinin müavini Dmitri Roqozin açıq şəkildə bəyan etdi ki, bundan sonrakı mərhələdə də Rusiya Azərbaycana silah satacaq. Hətta əlavə açıqlama verərək dedi ki, tərəflərə balanslaşdırılmış şəkildə silah-sursat satışını həyata keçirəcək.

Ermənilər İsrailin də Azərbaycana silah-sursat satmasından ciddi narahatçılıq keçirir. Hətta belə bir məlumat yayıldı ki, buna etiraz olaraq guya onlar İsraildən silah almaqdan imtina edəcəklər. Silah bazarı böyükdür, buyursunlar, hansıları istəyir alsınlar. Bütün bunlara baxmayaraq, Azərbaycan bir sıra beynəlxalq təşkilatların açıqlamasında dünya ordularının qüdrəti baxımından Ermənistanı 34 pillə geridə qoyur.

Ermənistan qısa müddətdə işğalçılıq siyasətindən əl çəkməycəksə, növbəti mərhələlərdə Azərbaycan ona daha ağır zərbələr endirəcək. Bu dəfə Azərbayan Silahlı Qüvvələri heç öz resurslarının 30 faizini belə işə salmayıb. Yalnız iki istiqamətdə əsgərlərimiz düşməin həmlələrini dəf edib. Bütün ordu döyüş əməliyyatına başladıqda isə bu, Ermənistan üçün tamamilə faciəvi sonluqla bitəcək. Yaxın zamanlarda düşünürəm, danışıqlar prosesində müsbətə doğru dəyişiklik olmasa, sözsüz ki, Azərbaycan bu məsələyə də qayıda bilər. Ermənistan ağır zərbə alıb. Psixoloji cəhətdən üstünlük Azərbaycanın tərəfindədir. Diplomatik baxımdan da ölkəmizin uğurları göz önündədir. Ermənistan ikinci ola biləcək həmlədən çox narahatdır, qorxurlar ki, Azərbaycan yenidən başlaya bilər. Ona görə də vaxt uzadırlar. Dünən atəşkəsin élan olunması üçün yalvaran erməni və onun havadarlarının bu günləri "buynuzları çıxıb" və bəzi məsələlərdə Azərbaycana hərbə-zorba gəlmək istrəyirlər. Amma bunun da xeyri yoxdur. Çünki Azərbaycan əsgəri nəyə qadir olduğunu bir daha əyani şəkildə sübut etdi".



Milli Məclisin deputatı Tahir Kərimli də bildirdi ki, aldığı zərbələrdən Ermənistan nəticə çıxarmasa, bu dəfə Azərbaycan Ordusunun daha ağır zərbələrinə tuş gələcək: "Həqiqətən də Azərbayan Ordusu son illər əhəmiyyətli dərəcədə güclənib. Ordumuzun silah-sursat arsenalı da tam olaraq müasir standartlara cavab verir. Ermənistan ordusu isə özlərinin də etiraf etdiyi kimi olsa-olsa köhnə hərbi texnika ilə təmin olunub. Həmçinin Azərbaycan Ordusunun döyüş ruhu da yüksəkdir. Çünki onlar öz Vətəni uğrunda vuruşurlar. Ermənistan ordusunda isə özbaşınalıq, pərən-pərənlik hökm sürür.

Son məğlubiyyətlər fonunda erməni ordusunda ciddi ruh düşkünlüyü yaranıb. Onun nəticəsidir ki, işğalçı orduda xidmət edən əsgərlər tez-tez fərariliyə yol verirlər. Bütün bunlar onu göstərir ki, indi erməni ordusu Azərbaycan Ordusu ilə üz-üzə gəlməkdən çəkinir. Çünki bilirlər və son hadisələr də göstərdi ki, yenidən güclü Azərbaycan əsgəri ilə qarşı-qarşıya gəlsələr, daha ağır məğlubiyyətə düçar olacaqlar. Ona görə də işğalçı ordu hazırda ciddi təşviş içindədir. Azərbaycan Ordusu bu qüdrəti ilə qısa zamanda bütün işğal olunmuş torpaqlarımızı azad etməyə, hətta qədim torpaqlarımız olan İrəvanı da yenidən birləşdirməyə qadirdir, buna onun gücü çatır. Ermənistan danışıqlar prosesində yenidən əvvəlki havanı çalmaqda davam etsə, onlar bu dəfə ordumuzun daha ağır və sarsıdıcı zərbələrinə tuş gələcək və bir daha ayağa qalxa bilməyəcək".



Sizin Reklam Yeriniz