Əlaqə Arxiv
news Image
2016.04.13
11:23
| A A A
Yunanıstan səfirliyi: Parlament üzvünün Qarabağa səfəri hökumətin rəsmi mövqeyini əks etdirmir

"Yunanıstan Respublikasının səfirliyi dünyanın istənilən yerində parlament üzvlərinin institusional baxımdan sərbəst hərəkət etmək üstünlüyünə malik olduqlarını və hər hansı bir təlimata tabe olmadıqlarını bildirir".Movqe.az-ın xəbərinə görə, bu barədə Yunanıstanın Azərbaycandakı səfirliyinin mətbuata açıqlamasında bildirilir.

 

Açıqlamada deyilir ki, Yunanıstan parlamentinin bir üzvünün Dağlıq Qarabağa səfəri heç bir halda Yunanıstan hökumətinin münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə tərəf olan və dəyişməyən rəsmi mövqeyini əks etdirmir: "Yunanıstan ilə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyəyə çatıb və hər iki tərəfdən belə hərəkətlərlə təhlükə altına salına bilməz".

 

Qeyd edək ki, Yunanıstan parlamentinin üzvü Qarifalia Kanelli və Latviya parlamentinin üzvü Serqeys Potapkins Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək qondarma rejimin başçısı Bako Saakyanla görüşüblər.

Sizin Reklam Yeriniz