Ermənilər türklərdən 15 milyard dollar tələb edirlər
Erməni diasporu təzminat tələbini açıq şəkildə bəyan etməyə başlayıb
Erməni diasporu qondarma erməni soyqırımı ilə bağlı təzminat
tələbini artıq açıq şəkildə bəyan etməyə başlayıb. BMT-də qondarma
soyqırımı ilə bağlı keçirilən simpoziumda çıxış edən erməni
rejissor Karla Karapedyan 1915-ci il hadisələri ilə bağlı
Türkiyənin 15 milyard dollar təzminat ödəməsi gərəkdiyini
söyləyib.
Karla Karapedyan 1915-ci ildə Türkiyədə 1,5 milyon erməninin öldürüldüyünü iddia edib. O, bu rəqəmi Almaniyanın 1950-ci ildən bəri 6 milyon yəhudinin soyqırımına məruz qalması ilə bağlı 60 milyard dollar təzminat ödəməsinə əsaslanaraq söylədiyini bildirib.
Erməni əsilli yazar Harut Sassouniyan isə BMT-də tədbir keçirdikləri zaman iki türk diplomat tərəfindən tədbirin keçirilməsinə maneçilik törədilməsinə cəhd göstərildiyini və bununla bağlı BMT baş katibi Pan Gi Muna şikayət məktubu göndərdiklərini söyləyib.

Movqe.az